Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Küçədə dalaşdığı hamilə qadını döydü - Güclə ayırdılar

Küçədə dalaşdığı hamilə qadını döydü - Güclə ayırdılar

Tarix: 21 Dekabr 2023 21:16

İstanbulda maşında mübahisə edən kişi və qadın maşından düşərək dava edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında Kocasinan Mərkəz məhəlləsində küçə ilə hərəkət edən avtomobilin sürücüsü ilə avtomobildə olan qadın arasında mübahisə düşüb.

Maşını saxlayan kişi qadını avtomobildən çıxarmaq istəyib. Qadın çıxmayanda əsəbləşən kişi maşını tərk edərək qadına "Çıx çölə" deyə qışqırıb. Maşından düşən qadın "Hamilə halımla məni tək qoyacaqsan?" deyə qışqırıb. Bu sözlərdən əsəbləşən kişi qadının qarnına təpiklər atmağa başlayıb.

Vətəndaşlar müdaxilə edərək qəzəbli kişini hadisə yerindən uzaqlaşdırıblar.

Həmin anlar vətəndaşın mobil telefonunun kamerasına əks olunub.

Milli.Az


Etiketlər:  Küçədə dalaşdığı hamilə qadını döydü Güclə ayırdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ