Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yüksək rütbəli şəxslər futbolçularımıza söz verdilər ki, hər şey yaxşı olacaq"

Tarix: 22 Dekabr 2023 07:36

MOİK-in baş məşqçisi Qəzənfər Abbasov  "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan - Xankəndidə baş tutan matçdan sonra keçirilən ənənəvi mətbuat konfransına qatılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Abbasov belə danışıb:

"Oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə Ali Baş Komandanımıza, Ordumuza minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün buradayıq.

Rəqibin gücü hər kəsə bəllidir. Onları təbrik edirəm. Qurban müəllim də gözəl matça görə mənə təbriklərini çatdırdı. Futbolçular da kimə qarşı oynadığımızı bilirdilər. Gözəl futbol göstərmək niyyətində idik".

Abbasov gələcəkdə Premyer Liqada çıxış edə biləcəklərini deyib: "Ev oyunlarımızı Xankəndində oynamaq da istəyərdik. Bu, mənim üçün də şərəf olar. Matçdan əvvəl yüksək rütbəli şəxslər futbolçularımıza söz verdilər ki, hər şey yaxşı olacaq. Göstərilən qayğı 2-3 qat artacaq".

Milli.Az


Etiketlər:  Yüksək rütbəli şəxslər futbolçularımıza söz verdilər ki hər şey yaxşı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ