Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 08:02
Sual: Mən qəşəng deyiləm. Uşaqlıqda sudurqa keçirmişəm. Sonra da boğazım yanıb. Mən hər gecə Rəbbimə namazda da dua edirəm ki, möcüzə nəticəsində məni bu haldan qurtarsın. Mən cox acı çəkirəm. Hərkəs mənimlə zarafat edir eybəcər, boğazı yanıq deyirlər. Ən yaxınlarımda həmçinin. Ramazan bayramı girməmişdi hələ bir oruc var idi niyyət orucu mən tutdum və niyyət də tutdum ki Rəbbim mənə biraz gözəllik versin. Amma heçnə olmadı. Mən həyatda xoşbəxt olmaq istəyirəm və qəsəng olsaydım xoşbəxt olardım. Ancaq mən inanmıram xosbəxt olum həyatda. Məncə Rəbbim məni sevmir. Əgər sevsəydi duamı qəbul edərdi. Mən çox sıxılıram. Bəzən canımı alsın deyə yalvarıram. Rəbbim böyükdü mənə necə kömək olar? Xahis edirəm mənə yol göstərin, mən nə edim? Rəbbim dualarımı qəbul edərmi? Mən gözəl ola bilərəmmi?
Cavab: Hər kəs müxtəlif imtahanlara, müsibətlərə məruz qala bilir. Biz, müsəlman olaraq, xoşbəxtliyi ya da bədbəxtliyi təkcə bu dünyada Allahın verdikləri ya da aldıqları ilə ölçməməliyik. Çünkü Allah insanlara verdiyi ya da aldığı şeylər qarşısında necə qarşılıq verəcəyinə baxar. Bu səbəblə Onun verdiyi və aldığı şey nə olur-olsun insana ya bədbəxlik ya da xoşbəxtlik qazandıra bilər. Bir də; xoşbəxtlik gözəlliklə ya da var-dövlətlə əldə edilməz. Necə gözəllər və necə zənginlər vardır ki, həyatda xoşbəxliyin nə olduğunu belə bilmirlər.
Əgər Allaha güvənirsənsə bil ki, Allah bir insanın cinsinə, rənginə, xarici görünüşünə deyil, qəlbinə və elədiklərinə baxar! Quranda bu barədə belə buyurulur: "Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır." (Hucurat 49/13)
Bu səbəblə bizim ən mühüm işimiz dünyada Allahın sevgisini, hörmətini qazanmaq olmalıdır.
Peyğəmbərimiz əleyhissəlam belə buyurur: "Allah sizin xarici görünüşünüzə ve mallarınıza baxmaz. Ama o sizin qəlplərinizə ve işlərinizə baxar." (Müslim, Birr, 33)
Başqalarının bizə verdiyi dəyər isə nisbi və müvəqqətidir. Bütün bunlar keçib gedəcək və bizə qalan öz etdiklərimiz olacaqdır.
Biz insanlara qarşı da yaxşı davranmalıyıq. Onlar bizə pis davranarlarsa, qarşılığını onsuzda Allahdan görəcəklər. Allah Təala: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır." (Hucurat 49/11)
Əsl məsələ müvəqqəti dünyada rahat və xöşbəxt yaşamaq deyil, əsl məsələ həm dünyada yaxşı olmaq, həm də axirətdə (cənnəti qazanıb) əbədi xöşbəxt ola bilməkdir!