Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kremlin Nikola cavabı belə olacaq - Markov

Kremlin Nikola cavabı belə olacaq - Markov

Tarix: 22 Dekabr 2023 08:16

Ermənistanda "Sputnik" radiosunun yayımı dayandırılıb. Bu, Ermənistan rəhbərliyinin açıq-aşkar antirusiya addımıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Amma Rusiyadan sərt cavab olmayacaq. Çünki Paşinyan bununla Moskvanı sərt davranmağa təhrik edib, bu sərt cavabdan erməni əhalisi arasında kütləvi antirusiya təbliğatı aparmaq üçün istifadə edə bilər. Bunun hesabına da Ermənistanda ictimai rəyi rusiyapərəstlikdən antirusiyaya çevirər. Bu zaman da bütün gücü ilə xəyanət bıçağını Rusiyanın kürəyinə sancıb, Ermənistanı ABŞ, Fransa, AB, NATO simasında Kremlin düşmənlərinə doğru apara bilər. Ona görə də Rusiyanın cavabı çox, çox yumşaq olacaq. Hansı ki, bu halda daha uyğundur", - o bildirib.

Milli.Az


Etiketlər:  Kremlin Nikola cavabı belə olacaq Markov


RƏYLƏR