Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 12:22
Əlcəzairin "El Bayad" klubunun avtobusu qəzaya uğrayıb.
Sonxeber.net fanat.az-a istinadən məlumatına görə, nəqliyyat vasitəsi komanda yüksək liqanın XI turunda "Kabilia" ilə səfər oyununa yollanarkən aşıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Dünyasını dəyişənlər köməkçi məşqçi Xalid Meftah və 27 yaşlı qapıçı Zakaria Buuzianidir.
Baş vermiş faciə ilə əlaqədar ölkədaxili bütün liqalarda həftəsonu keçirilməli olan turlar və dekabrın 26-na planlaşdırılan Əlcəzair Kubokunun püşkatma mərasimi təxirə salınıb.