Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Qurban Qurbanovun həmyerlisinə böyük məbləğ təklif etdi

Tarix: 22 Dekabr 2023 14:40

Tarixində ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanan "Qarabağ" transfer bazarında fəallaşıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu bu yöndə fəaliyyətini Qurban Qurbanovun istəkləri əsasında qurub.

Baş məşqçi isə komandanı iki istiqamətdə gücləndirmək niyyətindədir. Təcrübəli mütəxəssis legionerlərlə yanaşı, yerli oyunçuları da sərəncamında görməyi planlaşdırır.

Onun xidmətində maraqlı olduğu azərbaycanlı futbolçuların siyahısı hələlik o qədər də geniş deyil. dəqiq olan budur ki, Emil Səfərov bu sırada özünə yer edib.

"Qarabağ" milliyə də dəvət alan "Qəbələ"nin yetirməsini rənglərinə bağlamaq üçün ilk addımı da atıb. Ağdam təmsilçisi 2022-ci il təvəllüdlü yarımmüdafiəçiyə görə "qırmızı-qaralar"a 300 min manat təzminat təklif edib. "Qəbələ" tərəfi bu çağırışa isti münasibət göstərib.

Ancaq yenə də iştahları diş altındadır. 22 yaşlı vunderkində görə əlavə 50-100 manat qazanacaqlarına ümid bəsləyirlər.

Səfərov əslən Qurbanovun yerlisidir. O, Zaqatalanın Yengiyan kəndində dünyaya göz açıb.

Uşaqlar yaşlarından "Qəbələ"nin seleksiya məşqçilərinin diqqətini çəkib və akademiyaya cəlb olunub.

Milli.Az


Etiketlər:  Qarabağ Qurban Qurbanovun həmyerlisinə böyük məbləğ təklif etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ