Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2023 16:44
London "Arsenal"ı və Dortmund "Borussiya"sının keçmiş qapıçısı Yens Lemann məhkəmə tərəfindən maddi ziyan vurmaq, polis əməkdaşlarını dəfələrlə təhqir etmək və dələduzluq cəhdinə görə 420 min avro cərimə ödəməyə məhkum edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Prokurorlar alman qapıçıya 10 aylıq həbs cəzası da istəyib.
İl yarım əvvəl Lemann əlində elektrik mişarı ilə qonşusunun qarajına dırmaşaraq damını kəsib. Bundan əvvəl o, görüntülərə düşməmək üçün müşahidə kameralarının naqillərini də qırıb. Ancaq kameralar çəkilişi davam etdirib. Məhkəmə prosesində 54 yaşlı keçmiş qapıçı, yaddaş itkisindən əziyyət çəkdiyini əsas gətirərək bunu xatırlamadığını deyib.
Bundan əlavə, Almaniya millisinin sabiq qapıçısı 2021 və 2022-ci illərdə Münhen hava limanında iki dəfə parkinq qaydalarını pozub. Keçmiş futbolçu elektrikli "Porsche"sini şarj etdikdən sonra, dayanacağın çıxışındakı şlaqbaumda gözləyən digər avtomobillərə tam yaxınlaşaraq 300 avroluq ödənişi etmədən onlarla birlikdə məntəqəni tərk edib.