Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həvəskar komandaya uduzdular, utandılar, pulu qaytardılar - FOTO

Həvəskar komandaya uduzdular, utandılar, pulu qaytardılar - FOTO

Tarix: 23 Dekabr 2023 20:28

"Ayaks" Niderland kubokunda həvəskar komandaya məğlub olduqdan sonra azarkeşlərinə biletlərin pulunu qaytarıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Foot Mercato"məlumat yayıb.

Oyundan bir gün sonra Utrextdəki "Galgenwaard" stadionuna gələn 325 azarkeşə bilet pulunun və səyahət xərclərinin geri qaytarılacağı ilə bağlı elektron məktublar göndərilib.

"Şübhəsiz ki, komandamızın "Herkules"lə oyundakı zəif çıxışını ağrılı qəbul etdiniz. Biz bu ağrını paylaşırıq və çox utanırıq. Qərara alınıb ki, bilet alan bütün səfər azarkeşlərinə pul qaytarılsın. Amma onu da başa düşürük ki, bu təzminat o ağrılı axşamın xatirələrini silməyəcək", - məktubda deyilir.

Cümə axşamı Utrextdə "Ayaks" Hollandiya kubokunun 1/16 matçında "Herkules" klubuna 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Milli.Az


Etiketlər:  Həvəskar komandaya uduzdular utandılar pulu qaytardılar FOTO


RƏYLƏR