Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berlin aeroportunda onlarla reys proqram təminatının nasazlığına görə gecikir

Berlin aeroportunda onlarla reys proqram təminatının nasazlığına görə gecikir

Tarix: 23 Dekabr 2023 21:00

Villi Brandt adına Berlin-Brandenburq Beynəlxalq Hava Limanında (BER) proqram təminatı nasazlığı səbəbindən onlarla reys gecikir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Bild am Sonntag" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Milad bayramına bir gün qalmış onlarla təyyarə havaya qalxmağı gözləyir. Sərnişinlərə məlumat verilib ki, Berlin hava limanında proqram təminatında nasazlıq olub. Bir çox səyahətçi qar yağdığından baqajlarını təyyarəyə yerləşdirə bilməyib.

Qeyd edək ki, şənbə günü Berlində əlverişsiz hava şəraiti müşahidə olunur. Səhər saatlarından yağan yağış bəzi hallarda sulu qara keçir. Güclü külək vəziyyəti daha da ağırlaşdırır.

Milli.Az


Etiketlər:  Berlin aeroportunda onlarla reys proqram təminatının nasazlığına görə gecikir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ