Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” Adrian Mutunu göndərdi

Tarix: 24 Dekabr 2023 13:02

"Neftçi" rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, gənc çalışdırıcı Azərbaycan Kubokunda "Qaradağ Lökbatan"la matçdan öncə ölkəsinə yollanıb.

Klubdan Mutunun anasının vəfatı ilə əlaqədar vətəninə yollandığı deyilsə də, Premyer Liqanın 17-ci turunda "Qarabağ"a məğlubiyyətdən sonra rəhbərlik onunla yolları ayırmaq barədə qərar qəbul edib. Rumıniyalı çalışdırıcının köməkçiləri isə bu gün "Kəpəz"lə matçdan sonra vətəninə yollanacaq.

Gəncəlilərlə matç onlar üçün sonuncu olacaq. "Neftçi" rəhbərliyi isə artıq yeni məşqçi axtarışındadır.


Etiketlər:  Neftçi Adrian Mutunu göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ