Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 08:06
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cəbəliyyə qaçqın düşərgəsində keçirdiyi əməliyyat zamanı radikal Fələstinin HƏMAS hərəkatının 100-dən çox silahlısını məhv edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Piter Lerner məlumat verib.
Onun sözlərinə görə, HƏMAS-ın Cəbəliyyə düşərgəsindəki yeraltı infrastrukturu da aşkar edilərək məhv edilib:
"Əməliyyat 100-dən çox terrorçunun məhv edildiyi gərgin döyüşlərdən ibarət idi. Bundan əlavə, yüzlərlə silah aşkar edilərək götürülüb və məhv edilib".