Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin Hindistanla münasibətlərdən danışdı

Putin Hindistanla münasibətlərdən danışdı

Tarix: 28 Dekabr 2023 00:42

Rusiya ilə Hindistan arasında münasibətlər dünyada olan bütün çətinliklərə baxmayaraq, mütərəqqi şəkildə inkişaf edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hindistan xarici işlər naziri Subramanyan Cayşankarla görüşündə bildirib.

"Biz çox məmnuniyyətlə qeyd edirik ki, dünyada baş verən bütün təlatümlərə baxmayaraq, Asiyadakı ənənəvi dostlarımız, Hindistan, hind xalqı ilə əlaqələr getdikcə inkişaf edir", - Putin vurğulayıb.

Qeyd edək ki, Hindistanın Rusiyanın neft daşıyan tankerlərini ölkəyə buraxmaması fonunda xarici işlər naziri Subramanyan Cayşankarın Moskva səfəri maraqla gözlənilirdi.

Milli.Az


Etiketlər:  Putin Hindistanla münasibətlərdən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ