Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahruddin Məhəmmədəliyev PULSUZ QALDI

Şahruddin Məhəmmədəliyev PULSUZ QALDI

Tarix: 28 Dekabr 2023 16:00

Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" ciddi maliyyə böhranı ilə üzləşib.

Milli.az sportinfo-ya istinadla xəbər verir ki, Türkiyə klubu 4 ay öncə 2 illik müqavilə imzaladığı Azərbaycan millisinin qapıçısınin müqavilə şərtlərini yerinə yetirə bilmir.

Sentyabrın 5-də "Qarabağ"dan Super Liqa təmsilçisinə keçən kiper ötən müddətdə əməkhaqqı almayıb. "Adana Demirspor" ona yalnız müəyyən məbləğdə "imza pulu" verib.

Tanınmış yerli iş adamı Murat Sancakın biznes fəaliyyətində durğunluq yaranıb. O, bu səbəbdən prezidenti olduğu kluba kifayət qədər vəsait ayırmaqda çətinlik çəkir.

Yaranmış vəziyyət komanda daxilində narahatlığı artırıb. Artıq Endryu Qravillo buradan ayrılıb.

25 yaşlı müdafiəçinin bir neçə aydır maaşını ala bilmədiyi üçün vəkili vasitəsi ilə Superliqa təmsilçisi ilə müqaviləsini təktərəfli ləğv etdiyi iddia olunub.

Qravillo artıq klub axtarışına da başlayıb. Onun Rusiya "Spartak"ı ilə danışıqlar apardığı və bu komandaya transfer olunacağı bildirilir.

Milli.Az


Etiketlər:  Şahruddin Məhəmmədəliyev PULSUZ QALDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ