Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Riya ilə sədəqə vermək – əslində küfr etmək kimidir

Riya ilə sədəqə vermək – əslində küfr etmək kimidir

Tarix: 29 Dekabr 2023 00:30

Allah Təala Quranda buyurur: "Ey iman gətirənlər, sədəqələrinizi, malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.

O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir". ("Bəqərə" 264).

Bir daşı gözünüzün önünə gətirin ki, üzərini kiçik bir torpaq layı örtmüşdür. Bu torpaq örtüyünə toxumlar səpilmişdir. Azad hava və günəş şüası ona təsir edər.

Sonra üzərinə bol yağış yağar. Təbiidir ki, bu cür yağış daşın üzərində olan toxumları yuyub aparacaqdır və onun kök salmasına imkan verməyəcəkdir. Çünki, bu cür şəraitdə toxum cücərə bilməz.

Eləcə də insanın etdiyi infaq əgər riya ilə bir yerdə olarsa, daşın üzərində olan torpaq layına bənzəyər. O yağış ki, başqa torpaqlar üçün bərəkət amilidir və onun yaşıllaşmasına, abad olmasına səbəb olar, əksinə, bu daşın üzərində olan torpağı yuyub aparar və üzərində olan toxumları məhv edər.

Ona görə də bu ayədən belə nəticəyə gəlmək olur ki, riyakarın əməli heç də kafirin əməlindən fərqlənmir. Çünki hər ikisi də Allahdan qeyrisi üçün əməl edər. Ona görə də hədislərimiz buyurur: "Riya, gizli şirkdir".


Etiketlər:  Riya ilə sədəqə vermək əslində küfr etmək kimidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ