Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ersin Tatar Qarsda Azərbaycandan danışdı - FOTO

Ersin Tatar Qarsda Azərbaycandan danışdı - FOTO

Tarix: 29 Dekabr 2023 01:08

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türkiyənin Qars vilayətinə səfər edib.

Milli.Az xəbər verir ki, prezident əvvəlcə Qarsdakı Sarıkamış şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Ersin Tatar Qarsda "Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyasındakı strateji önəmi" mövzusunda konfarnsa qatılıb, Qars Valiliyini ziyarət edib.

Prezident yerli mətbuata açıqlamasında Türkiyə Cümhuriyyətinin daim Şimali Kiprin yanında olduğunu vurğulayıb.

"Bu gün Kipr türk xalqı müstəqil bir dövlətə sahibdirsə, bu, Türkiyənin sayəsində mümkün olub", - deyə o əlavə edib.

Tatar Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusunun olduğunu deyərək, türk dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməyə çalışdıqlarını bildirib. Azərbaycan və Özbəkistan səfərlərini xatırladan Prezident qeyd edib ki, məqsəd Şimali Kipr Türk Cümhuriyyətini tanıtmaq və qardaş dövlətlərin dəstəyini almaqdır.

Ersin Tatar Azərbaycanın Şimali Kiprə xüsusi diqqət göstərdiyini bildirib. O, Azərbaycana səfəri, ölkəmizdə qatıldığı tədbirlər, Prezident İlham Əliyevlə görüşünü xatırladaraq, burada yüksək səviyyədə qarşılandığını deyib. Şimali Kipr lideri onlara verdiyi dəstəyinə görə Azərbaycana bir daha təşəkkür edib.   

Ersin Tatarın səfəri zamanı qatıldığı tədbirlərdə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev də iştirak edib. Tədbirlər zamanı Prezidentlə Baş konsul səmimi söhbət ediblər. Söhbət zamanı iki ölkə arasında əlaqələrin inkişafı, Türk dünyası ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Ersin Tatar Qarsda Azərbaycandan danışdı FOTO


RƏYLƏR