Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 00:42
Ermənistanın yüksək texnologiyalar naziri Robert Xaçatryan vəzifəsindən azad edilib.
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Onun mətbuat katibi hələ ki, xəbəri təsdiqləməyib və rəsmi məlumatları izləməyi tövsiyə edib.
Qeyd edək ki, R.Xaçatryan Ermənistanda rusiyapərəst mövqeyilə tanınır. O, bir müddət öncə ölkədə Rusiya telekanallarının yayımının qadağan edilməsinə qarşı çıxaraq, belə bir məsələsinin müzakirə olunmadığını bildirib.
Nazirin istefası barədə artıq neçə vaxtdır şaiyələr gəzir.
Xatırladaq ki, R.Xaçatryan 2022-ci il aprelin 27-də nazir təyin edilib.