Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəşərin gələcəyi necə olacaq?

Bəşərin gələcəyi necə olacaq?

Tarix: 30 Dekabr 2023 01:02

İslam dini nikbin bir din olduğu üçün, gələcəyə olan baxışları da nikbindir. Gələcəkdə insanları zülmlə mübarizə aparan və bəşərin ali hədəfinə çatmış halda görməyi proqnozlaşdırır.

Dinimizdə dünyaşünaslığa aid bəzi nöqtələrə işarə edilmişdir ki, onlarla tanış olaq:

1. Dünyanın yaradılışı hədəfli olmuşdur. Heç bir batilin ona yolu yoxdur. Yəni, əbəs yerə yaradılmamışdır. İnsanın hədəfi -kamala çatmaqdır. Kamil olmaq üçün isə insan gərək nöqsanlarından və eybli cəhətlərindən xilas olsun və özünü, nəfsini tərbiyə etsin.

2. Zülm bir zəhərə bənzəyir ki, bəşərin bədən orqanlarına ziyan vurur. Xilqətin hədəfi ilə ziddiyyət təşkil edir. Zülm, bəşərin hədəfinə çatmasına mane olur.

3. İnsan üstün bir varlıqdır ki, ali hədəflə xəlq edilmişdir. Onun yaradılışı əbəs işlər üçün olmamışdır.

4. Zülm və başqalarının haqqına təcavüz etmək elə bir atəşdir ki, insanın kamala çatması ilə münasib deyildir. Daima insana hədəfinə çatmaq üçün mane olar. Ona görə də başqalarını istismar etmək bəşərə heç bir fayda qazandırmayacaqdır.

5. İnsan - ictimai bir varlıqdır. Ona görə də hər bir insanın islahını yaşadığı cəmiyyətdə axtarmaq lazımdır. Əgər cəmiyyət səfalıdırsa, onun çirkin həyat sürməsi - nadir mövzulardandır. Eləcə də əksi.

6. Cəmiyyətin mütləq bir idarə edəni olmalıdır. Yəni, insanın islah olub kamala çatmasında cəmiyyət rəhbərliyinin və qanunlarının böyük təsiri vardır.

7. Əgər cəmiyyətə eyni bir qrup dəstə insan başçılıq etsə, bəşər üçün heç də faydalı olmayacaqdır. Çünki bu dəstə ancaq öz mənafelərini güdəcək və başqalarının xeyir və ziyanı ilə işi olmayacaqdır. Ona görə də cəmiyyətə bir sistem rəhbərlik etməlidir və həmin sistem cəmiyyətin etimad etdiyi və inandığı vicdanlı, İlahi dəyərləri qiymətləndirən bir şəxsin idarə etməsini təmin etməlidir. Həm qanunları azad olmalıdır və həm də rəhbərliyi azad olmalıdır.

8. İslam dini buyurur ki, bəşər gələcəkdə elə bir rəhbərin əlində olacaqdır ki, onu indiyə qədər görünməmiş qanunlar və qaydalar ilə idarə edəcəkdir. Cəmiyyətdə ədalət bərpa olacaq və hər kəs yaşadığı cəmiyyətdən razı qalacaqdır. Yoxsullar nicat tapacaq və qazanc əldə edəcəklər. İnsanlar arasında olan sinif fərqi aradan qalxacaqdır.

9. Bu saleh hökumətin əsil hədəfi - zülmü aradan aparmaq və haqqı sahiblərinə qaytarmaq, əsil İslam dinini bərpa etmək olacaqdır.

"O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək - namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur". ("Həcc" 41).


Etiketlər:  Bəşərin gələcəyi necə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ