Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2019 04:16
Bakı. Trend:
Noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçkilər ərəfəsində Kataloniyanın müstəqilliyinin tərəfdarları mitinqlər və yürüşlər keçiriblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, nümayişlər bölgənin ölkənin tərkibindən çıxmağını istəyən hərəkatlar tərəfindən təşkil olunub.
"Demokratik Sunami" təşkilatı Kataloniyanın müxtəlif şəhərlərində 300-ə yaxın aksiya təşkil etdiklərini açıqlayıblar. Həmçinin, seçkilərdən əvvəl Barselonada konsert təşkil edilib.
Kataloniya polisinin "Twitter" səhifəsində yerləşdirdiyi məlumata əsasən, bəzi etirazçılar polislərə daş və digər ağır əşyalar atıblar. Hal hazırda şəhərin bir neçə küçəsi bağlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin