Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli komandalar üzrə ilin ən yaxşı baş məşqçisi açıqlandı

Milli komandalar üzrə ilin ən yaxşı baş məşqçisi açıqlandı

Tarix: 30 Dekabr 2023 17:16

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ildə milli komandalarda işləyən ən yaxşı baş məşqçinin adını açıqlayıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu ada Argentina yığmasının baş məşqçisi Lionel Skaloni layiq görülüb. 45 yaşlı mütəxəssis 185 xalla bütün rəqiblərini qabaqlayıb.

Didye Deşam (Fransa millisi, 112 xal) 2-ci, Roberto Martines (Portuqaliya, 61 xal) 3-cü olub.

Qeyd edək ki, L.Skaloninin rəhbərlik etdiyi Argentina millisi son dünya çempionatının qalibidir.


Etiketlər:  Milli komandalar üzrə ilin yaxşı baş məşqçisi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ