Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ İsrailə 155 mm-lik mərmilər göndərir

ABŞ İsrailə 155 mm-lik mərmilər göndərir

Tarix: 30 Dekabr 2023 17:40

ABŞ Dövlət katibi Entoni Blinken 155 mm-lik mərmilərin İsrailə 147,5 milyon dollara mümkün satışını təsdiqləyib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi məlumat verib.

Sənəddə vurğulanıb ki, söhbət 155 mm kalibrli M107 yüksək partlayıcı parçalanma mərmilərinin və müvafiq avadanlıqların tədarükündən gedir.

"Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir və İsrailin özünümüdafiə imkanlarının inkişafı və saxlanmasına yardım ABŞ-ın əsas milli maraqlarına cavab verir", - deyə Pentaqon qeyd edib.


Etiketlər:  ABŞ İsrailə mərmilər göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ