Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 18:26
İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra erməni dizayner Aram Nikolyan İctimai Telekanalın baş stilisti vəzifəsindən qovulub və dövlət layihələrindən məhrum edilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, o, bu barədə yerli mediaya müsahibəsində danışıb.
Nikolyan əməlimə görə peşman olmadığını da dilə gətirib.
Xatırladaq ki, aprelin 14-də İrəvandakı İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.
Rəsmi Bakı erməni dizayneri beynəlxalq axtarışa verib.