Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2019 10:08
“İkinci hissəni əla keçirdik. Uşaqları təbrik edirəm".
Qol.az xəbər verir ki, bunu APOEL-in kapitanı Nikolas Yoannu deyib.
Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edən Kipr təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Yerli mətbuata açıqlamasında matçı dəyərləndirən müdafiəçi hələ hər şeyin bitmədiyini düşünür: "Bu oyunun növbəti mərhələyə yüksəlmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib. “Qarabağ” işimizi çox çətinləşdirdi, yaxşı komandadı. "Qarabağ"la bu mövsüm avrokuboklarda keçirdiyimiz 4 oyunun hamısında şanlar 50/50 idi.
Ancaq biz qələbəyə və növbəti mərhələyə layiq olduğumuzu göstərdik. Qrupumuzdakı digər komanda “Düdelanj” da Avropa Liqasında təsadüfən olmadığını göstərib. Onlara səfərdə qalib gəlmək üçün tam şəkildə köklənməliyik”.