Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artist VƏFAT ETDİ - FOTO

Əməkdar artist VƏFAT ETDİ - FOTO

Tarix: 31 Dekabr 2023 08:05

"Zaman" verilişinin məşhur aparıcısı, Rusiya Sovet Federativ Sosialist Respublikası əməkdar artisti Qalina Zimenkova 82 yaşında vəfat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Birinci Kanalın" saytında məlumat verilib .

Zimenkova 20 ildən çox SSRİ Mərkəzi Televiziyasında diktor olub. O, həmçinin "Mavi işıqlar", "Moskva yaxınlığında görüşlər" və "Həmişə günəş olsun" kimi digər məşhur proqramların aparıcısı olub.

Zimenkova həmçinin Moskvada jurnalist olmaq istəyənlərə nitq texnikası və kamera bacarıqları, Yaponiyada tələbələrə rus dilini öyrədib.

"Onun səsi əbədi olaraq dövrün simvollarından biri olaraq qalacaq", - TV-nin məlumatında deyilir.

Milli.Az


Etiketlər:  Əməkdar artist VƏFAT ETDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ