Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2023 11:26
Rumıniya və Bolqarıstana Şengen vizasına icazə verilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Lakin icazə hələ də natamam formadadır. Belə ki, AB ölkələr üçün dəniz və hava sərhədlərində sərhəd nəzarətini ləğv etməyə razılaşıb, amma quru sərhədlərində nəzarət qüvvədədir. Şengen vizası mart ayından tətbiq oluna bilər. Aviaşirkətlər uçuş planlarını dəyişdirməlidir. Çünki müqavilə pasport nəzarətindən keçmədən gəliş terminalının dəyişdirilməsini nəzərdə tutur", - məlumatda deyilir.
Qeyd edək ki, sözügedən ölkələrə Şengen vizasına icazə verilmə prosesi 12 il çəkib.