Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2023 23:40
Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, yerli sakinlər Yeni ilin gəlişindən üç dəqiqə sonra yeraltı təkanları hiss ediblər.
"Zəlzələnin episentri rayon mərkəzindən 67 kilometr aralıda, Avaça buxtasında yerləşib", - məlumatda deyilir.
Bildirilir ki, zəlzələ ocağı təxminən 60 kilometr dərinlikdə olub. Təkanlar nəticəsində dağıntı və tələfat olmayıb. Sunami təhlükəsi elan edilməyib.