Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2024 01:02
2024-cü ilin ilk günündə dünya əhalisinin sayı 8 019 876 189 nəfər olacaq. Bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 75 162 541 (0,95%) çoxdur.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosundan məlumat verilib.
Ekspertlərin proqnozlarına görə, 2024-cü ilin əvvəlində dünyada hər saniyədə 4,3 doğuş və iki ölüm hadisəsi baş verəcəyi gözlənilir.
İl ərzində ABŞ-də əhalinin artım tempi 0,53% təşkil edib ki, bu da dünya sürətinin, demək olar ki, yarısına bərabər olub.