Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2024 23:54
23:51
"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyovun polis bölməsinə aparması barədə dedikləri ciddi rezonans doğurub.
Sonxeber.net sfera.az-a istinadla bildirir ki, hazırda Azərbaycandan kənarda istirahətdə olsa da, məsələ ilə bağlı "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev açıqlama verib:
"Lunyov Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Onlar hesab ediblər ki, Andrey yol hərəkəti qaydalarını pozub. Lunyov bununla razılaşmayıb və avtomobil qaydalarını pozduğunu ona sübut etmək üçün bölməyə dəvət edilib. Nəticədə Lunyov başa düşüb ki, o, həqiqətən də qaydaları pozub və bütün dünyada olduğu kimi cərimə ödəyib. Andrey özü də iddia edir ki, müsahibə verdiyi rusiyalı jurnalist onun dediklərini müəyyən qədər təhrif edib", - deyə mətbuat katibi bildirib.
Eyni zamanda "Qarabağ" təmsilçisi Lunyovla bağlı insidentin nə vaxt və harada baş verdiyini, hansı şöbəyə aparıldığını açıqlamayıb.
---------
19:20
"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov Azərbaycanda polis bölməsinə necə düşdüyü barədə danışıb.
Sonxeber.net oxu.az-a istinadən qapıçının bu barədə fikirlərini təqdim edir.
"Mən çoxdan adaptasiya olmuşam, axı Azərbaycan rus dilində danışa bilənlər ölkəsidir. Yerli sürücülük tərzinə alışmaq daha çətin idi.
Bir gün ailəmi ticarət mərkəzinə aparıb, getdim bazaya. Birdən polis maşını məni saxladı. Dedilər ki, sən sürətlə sürürdün, tez-tez zolaqları dəyişirdin. O vaxt hələ də soyuqdəyməm var idi, elə bildilər ki, içmişəm, məni şöbəyə apardılar.
Nəticədə "Qarabağ"dan bir nəfərə zəng etdim, kömək üçün gəldi. Amma yenə də cəriməni ödəməli oldum", - Lunyov bildirib.
Qeyd edək ki, bu mövsüm Andrey klubunun heyətində 15 oyun keçirib, 14 qol buraxıb və yeddi dəfə qapısını toxunulmaz saxlayıb.