Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anar Bağırovdan vəkilin intiharına reaksiya

Anar Bağırovdan vəkilin intiharına reaksiya

Tarix: 1 Yanvar 2024 20:54

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda vəkilin özünü yandıraraq intihar etməsinə münasibət bildirib.

A.Bağırov e-huquq.az-a açıqlamasında deyib ki, vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb.

"Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidərəndə Salyan rayon Vəkil Bürosunun müdri ilə əlaqə saxladım. Büro müdri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansısa problem baş verməyib. Barəsində intizam işi olmayıb", - deyə sədr qeyd edib.

O bildirib ki, hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır: "Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq".


Etiketlər:  Anar Bağırovdan vəkilin intiharına reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ