Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə müxalifət lideri boynundan BIÇAQLANDI - şok görüntülər - VİDEO - FOTO

Bu ölkədə müxalifət lideri boynundan BIÇAQLANDI - şok görüntülər - VİDEO - FOTO

Tarix: 2 Yanvar 2024 10:06

Cənubi Koreyanın müxalif "Toburo" Demokratik Partiyasının lideri Li Çje Myun Busan şəhərinə səfəri zamanı hücuma məruz qalıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, mətbuat konfransı zamanı siyasətçiyə naməlum şəxs bıçaqla hücum edib. O, partiya liderinin boynuna xəsarətlər yetirib.

Məlumata görə, hadisədən 20 dəqiqə sonra müxalifət lideri xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb.

Demokrat Partiyasının nümayəndəsi bildirib ki, Li Çje Myun hazırda huşunu itirib və xəstəxanada müalicə olunur.

Cənubi Koreya prezidenti Yun Sok Yol müxalifət liderinə hücumu qəbuledilməz adlandırıb.

Milli.Az


Etiketlər:  Bu ölkədə müxalifət lideri boynundan BIÇAQLANDI şok görüntülər VİDEO FOTO


RƏYLƏR