Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ehtiyatlı olun” xəbərdarlığı: Yaxın saatlarda Yerə çatacaq

“Ehtiyatlı olun” xəbərdarlığı: Yaxın saatlarda Yerə çatacaq

Tarix: 2 Yanvar 2024 18:54

2017-ci ildən bəri ən güclü hesab edilən bu ilin ilk maqnit qasırğası yaxın saatlarda Yerə çatacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu, Yeni il ərəfəsində Günəşdə baş verən güclü alışma ilə bağlıdır. Mütəxəssislər bu partlayışa ən yüksək sinif təyin ediblər.

Super güclü partlayışa səbəb günəş ləkələrinin hərəkəti nəticəsində günəş tacında maqnit və elektrik enerjisinin toplanması olub. Partlayışın baş verdiyi ərazi Günəşin bizə əks tərəfində olub və yalnız bu gün Yerin baxış sahəsində görünüb.

Püskürməni müstəsna güc hadisəsi kimi təsvir etmək olar. Bu, əvvəlki partlayışlardan təxminən 2 dəfə güclüdür. Günəşdə silsilə partlayışlar yaxın günlərdə də davam edə bilər.

Milli.Az


Etiketlər:  Ehtiyatlı olun xəbərdarlığı Yaxın saatlarda Yerə çatacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ