Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Runi qovuldu

Runi qovuldu

Tarix: 3 Yanvar 2024 01:26

İngiltərə millisinin və "Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi " Birmingem"in baş məşqçi postundan qovulub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Birminqem" hələlik bu xəbəri rəsmən təsdiqləməyib.

Ueyn Runi 2023-cü ilin oktyabrında "Birmingem"i çalışdırır. Onun rəhbərliyi altında İngiltərə klubu 15 oyun keçirib. "Mavilər" iki qələbə qazanıb, doqquz məğlubiyyət alıb və dörd dəfə heç-heçə edib.

"Birmingem" hazırda Çempionşipdə turnir cədvəlinin 20-ci pilləsindədir. Dünən Ueyn Runi komandası səfərdə "Lids"ə 0:3 hesabı ilə məğlub olub. Eyni zamanda, "mavilər" ardıcıl 5 rəsmi oyundur ki, qələbə qazana bilmir. /Publika.az/

Milli.Az


Etiketlər:  Runi qovuldu


RƏYLƏR