Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qareginin Azərbaycan həmləsi bloklandı: Plan “Qarabağ klanı” ilə...

Qareginin Azərbaycan həmləsi bloklandı: Plan “Qarabağ klanı” ilə...

Tarix: 3 Yanvar 2024 12:58

Görünən odur ki, Nikol Paşinyan da nəhayət bölgəyə sülhün gəlməsində maraqlıdır. Qarşı tərəf bunun üçün müxtəlif addımlar atır. Amma bu gün erməni kilsəsi təəssüf ki, öz "missiyasını" ortaya qoyaraq bölgəyə sülhün gəlməsinə maneə olur. Fakt odur ki, erməni kilsəsi "Qarabağ klanı" ilə birləşərək sülhü əngəlləməklə revanşizmi körükləməyə çalışır.

Sonxeber.net bildirir ki, bunu Teleqraf.com-a ilahiyyatçı alim, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

"Paşinyan indiki halda Azərbaycanla sülh razılaşmasının imzalanmasına dair səylər göstərir. Məqsəd indiki ağır durumdan Ermənistanı çıxarmaqdır. Bu mənada Paşinyan ilin sonuna dair vermiş olduğu bəyanatları xüsusi önəm daşıyan məsələləri əhatə edirdi", - deyə o qeyd edib.

Alim hesab edir ki, erməni kilsəsinin fəaliyyətində son zamanlar Ermənistanda qoyulan qadağalar bu mənada diqqətdən yayınmır:

"İlin sonu ilə bağlı Ermənistan ictimai televiziyasında erməni katolikos II Qareginin çıxışına qoyulan qadağa buna əyani misaldır. Fakt odur ki, II Qaragin Ermənistanda revanşizmi körükləyir. Bu məqsədlə o "Qarabağ klanı" ilə birgə hərəkət edir. Ona görə də, Paşinyan tərəfindən katolikosun televiziyada çıxışına qoyulan qadağa əslində düzgün yanaşmadır".

Ceyhun Məmmədova görə, erməni kilsəsi ancaq ədavəti, qarşıdurmanı alovlandırmaqda, qızışdırmaqda maraqlıdır:

"Kilsə üçün burada əsas məqsəd öz maraqlarını təmin etməkdir. Bu mənada Paşinyan bu kimi cəhdləri bloklamağa çalışır. Sözsüz ki, kilsənin sülhə qarşı təsir imkanlarını zəiflətmək prosesin daha tez bir zamanda müsbət sonluqla bitməsinə imkan yarada bilər".


Etiketlər:  Qareginin Azərbaycan həmləsi bloklandı Plan Qarabağ klanı ilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ