Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xərçəng və qocalmaya qarşı 5 ən yaxşı sıyıq

Xərçəng və qocalmaya qarşı 5 ən yaxşı sıyıq

Tarix: 4 Yanvar 2024 02:27

ABŞ Milli Xərçəng Araşdırma Mərkəzinin ekspertləri 20 illik tədqiqatın nəticələrini paylaşıb.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, 400 könüllü üzərində aparılan araşdırmada hansı sıyığın xərçəng əleyhinə təsir etdiyi müəyyənləşib.

Bütün iştirakçılar 20 il ərzində müxtəlif vaxtlarda səhərlər nə yediklərini və özlərini necə hiss etdiklərini qeyd ediblər. Səhərlər sıyıq yeməyi sevənlərdə xəstəliklərə qarşı müqavimət, davamlılıq daha çoxdur, bu adamlar daha az xərçəng olur və daha uzun ömür sürürlər.

Kim hər gün 20 qram yarma yeyibsə, erkən ölüm riski 20-30% azalır. Eyni tip 20 digər araşdırma da toxum, yarma və buğdadan çox istifadə edənlər, daha az mədə və qida borusu xərçənginə tutulur. Ən faydalı sıyıqlar isə: tam taxıl yarmaları, qarabaşaq, yulaf, qəhvəyi yabanı düyüdür. Amma duru, mannı sıyıqları yalnız mədə əməliyyatı keçirən və müəyyən səbəblərdən yarmalı sıyıq yeyə bilməyənlərə, uşaqlara uyğundur.

Ürək-damar xəstələrinə - buğda, sünbül sıyığı;

Qanazlığı, qaraciyər probleminə - qarabaşaq sıyığı;

Bağırsaq problemində qarğıdalı sıyığı faydalıdır.

Milli.Az


Etiketlər:  Xərçəng qocalmaya qarşı 5 ən yaxşı sıyıq


RƏYLƏR