Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2024 12:45
Aparıcı Xoşqədəm Hidayətqızı növbəti açıqlaması ilə gündəmə səs salıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, televiziya ulduzu aparıcısı olduğu "Səni axtarıram" ictimai-sosial verilişində bildirib ki, onun adı artıq marka və reytinqdir.
"Mən markayam, reytinqəm. Haqqımda çıxan pis və ya yaxşı xəbərimdə milyonlarla "baxış" toplayır. İndi sərhədləri aşmışam. Artıq Türkiyədə də adım reytinqlidir. Mənim adımı çəkərək yox, öz adınızla reytinq qazanın. Hansı yerə gedirəmsə, ayağımla reytinq, ruzi və böyük uğurlar aparıram. Niyə? Çünki bunu Allah belə istəyir. Mən kiməm ki,...
Ümumiyyətlə bəndə kimdir ki, bəndələrə kömək etsin. Allahdır yardım edən. Allaha inanacaqsınız. Baxın görün ki, neçə dəfə "Səni axtarıram" verilişinin "balalarını" yaratmışam. Amma mən və mənim aparıcılıq etdiyim "Səni axtarıram" verilişi markadır".