Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus ordusuna ağır zərbə - Hədəflər darmadağın edildi

Rus ordusuna ağır zərbə - Hədəflər darmadağın edildi

Tarix: 4 Yanvar 2024 15:18

Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri daha 780 rus hərbçisini məhv edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bu gün səhər saatlarına olan məlumata görə, Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri 362 280 nəfərə yüksəlib.

"Həmçinin, ötən gün ərzində əsgərlərimiz tərəfindən 12 tank (cəmi 6002), 21 zirehli döyüş maşını (11128), 28 artilleriya sistemi (8574), iki MLRS (947), 1 hava hücumundan müdafiə sistemi (630), 5 taktiki- səviyyəli İHA (6 753), iki qanadlı raket (1 785), 32 avtomobil avadanlığı və sistern (11 423), həmçinin altı ədəd xüsusi texnika (1 304).

Eyni zamanda, məhv edilən təyyarələrin (329) və helikopterlərin (324), gəmi və katerlərin (23), eləcə də sualtı qayıqların (1) sayı dəyişməz qalıb".

Yanvarın 3-də son 24 saat ərzində cəbhədə ukraynalı müdafiəçilər ilə rus işğalçıları arasında 58 hərbi toqquşma baş verib. Döyüşlər altı istiqamətdə gedib.

Milli.Az


Etiketlər:  Rus ordusuna ağır zərbə Hədəflər darmadağın edildi


RƏYLƏR