Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2024 17:45
"Azərbaycanda oğlanlara valideyinlər düzgün tərbiyə vermirlər".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi bildirib ki, ailələrin dağılmasının ən böyük səbəbi qadınlar yox, kişilərdir:
"Hər şeydə qadının üzərinə yüklənirlər. Hər bir məsələdə də qadın günahkar çıxarırlar. Oğlan isə qalır kənarda. Ailədə kişilər qadınlar qədər yüklənilmir. Niyə bir ailədə qız qayınanaya "ana" deməlidir, amma oğlan deməməlidir? Hər şeydə ayrı seçkilir var. Bu isə heç düzgün deyil".
Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.