Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 06:14
Boliviyanın hüquq-mühafizə orqanları ölkə tarixində ən böyük miqdarda - 8,7 ton kokaini müsadirə edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Boliviya Prezidenti Luis Arse X sosial şəbəkə hesabında məlumat verib.
"Biz Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndəriləcək 8,7 ton kokaini müsadirə etdik", - dövlət başçısı yazıb.
Onun qeyd etdiyinə görə, bu, Boliviya tarixində ən böyük narkotik müsadirəsidir.
Boliviya Prezidentinin sözlərinə görə, ələ keçirilən yükün dəyəri 526 milyon dollar qiymətləndirilir.