Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada xəstəxanada yanğın nəticəsində ölənlərin sayı beşə çatdı

Almaniyada xəstəxanada yanğın nəticəsində ölənlərin sayı beşə çatdı

Tarix: 6 Yanvar 2024 07:36

Almaniyanın Uelzen şəhərində (Aşağı Saksoniya Federal Əyaləti) klinikada baş verən yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə NDR televiziyası məlumat yayıb.

Ağır yanıq xəsarətləri alan xəstələrdən biri dünyasını dəyişib. 20-dən çox insan yaralanıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Yanğının söndürülməsi və insanların xilas edilməsi əməliyyatına 140 nəfər cəlb edilib. 50 xəstə digər tibb müəssisələrinə köçürülüb.

Yanğının səbəbi hələ müəyyən edilməyib.


Etiketlər:  Almaniyada xəstəxanada yanğın nəticəsində ölənlərin sayı beşə çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ