Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlardan başqa vida mərasiminə gələn olmadı - FOTO

Onlardan başqa vida mərasiminə gələn olmadı - FOTO

Tarix: 6 Yanvar 2024 14:35

Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlü ötən gün vəfat edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünəndən bu yana sənət adamları musiqiçi ilə bağlı paylaşım edib, onun vəfatına üzüldüklərini dilə gətiriblər.

Bu gün isə evində qarmon ifaçısı ilə vida mərasimi keçirilib. Diqqət çəkən məqam isə o olub ki, sənət dostlarından heç kim onunla vida mərasiminə qatılmayıb. 

Mərasimə gələnlər arasında yalnız Xalq artistləri Firuz Əliyev, Aygün Səmədzadə və müğənni Elnur Məmmədov olub. Eləcə də dəfn mərasimində musiqiçilər yer almayıblar. 

Qeyd edək ki, G.Şükürlü uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Milli.Az


Etiketlər:  Onlardan başqa vida mərasiminə gələn olmadı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ