Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 19:26
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami ölkənin NATO-dan çıxmasını istəyir.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə nüfuzlu "Politico" nəşri yazıb. Bildirilib ki, o, bu barədə fikrini açıq ifadə edib. V. Ramasvami prezident seçiləndən sonra onun ölkəsini Alyansdan çıxarması da gözlənilir.
Qeyd olunub ki, prezidentliyə namizəd NATO-nun Soyuq müharibədən sonrakı genişlənmə cəhdinin Rusiya ilə böyük münaqişə riskinin əsassız olaraq artırdığını düşünür. Onun fikrincə, BMT-dən çıxmağın da vaxtı çatıb.
Nəşr qeyd edir ki, ABŞ-ın NATO-dan çıxması son onilliklərin ən böyük transatlantik böhranının başlanğıcı ola bilər.
Qeyd edək ki, bundan əvvəl keçmiş prezident Donald Tramp da ABŞ-nin NATO-dan çıxmaq vaxtının çatdığını söyləmişdi.