Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

O da “şeytan” olacaq?

O da “şeytan” olacaq?

Tarix: 7 Yanvar 2024 08:00

"Porto"nun hücumçusu Evanilson yanvarda "Mançester Yunayted"ə keçə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fabrizio Romano məlumat yayıb.

"Qırmızı şeytanlar"ın nümayəndələri hazırsda 24 yaşlı futbolçu ilə müqavilə imzalamaq imkanlarını araşdırır. Qeyd olunur ki, braziliyalı forvardla "Arsenal" və "İnter" kimi komandalar da maraqlanır.

Evanilson 2020-ci ildən "Porto"da çıxış edir. Bu mövsüm forvard "əjdahalar"ın heyətində bütün turnirlərdə 20 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Milli.Az


Etiketlər:  O da şeytan olacaq


RƏYLƏR