Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 08:26
"Real"ın yarımmüdafiəçisi Arda Gülər komandada debüt edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, o, İspaniya Kral Kubokunun 4-cü turunun "Arandina" ilə oyununda (1:3) meydana çıxıb.
Türkiyəli futbolçu matçın start heyətində yer alıb. Madrid klubunun forması ilə debüt edən 18 yaşlı yarımmüdafiəçi 59 dəqiqə meydanda qalıb və göstərdiyi oyunla böyük alqış toplayıb.
Qeyd edək ki, Gülər 2023-cü ilin iyulunda "Fənərbaxça"dan "Real"a keçib.