Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmamoğlunun əsas rəqibi - AKP onu seçdi

İmamoğlunun əsas rəqibi - AKP onu seçdi

Tarix: 7 Yanvar 2024 11:46

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mart ayında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər üçün İstanbul Böyükşəhər Bələdiyyə rəhbəri vəzifəsinə namizədinin adı açıqlanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən şəxs ölkənin keçmiş ətraf mühit və iqlim naziri Murat Kurumdur.

Bununla da, o, İstanbulun bələdiyyə sədri postu uğrunda İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbəri Əkrəm İmamoğlunun əsas rəqibi olub.

Həmçinin bu xəbəri oxuyun: Российский эксперт: Армению сдерживают несколько факторов

Murat Kurum isə namizədliyinin elan edilməsindən sonra ilk açıqlamasında 16 milyon istanbullu üçün mübarizə aparacağını qeyd edib: "İstanbulun nizamsızlığını, insanların zəlzələ riski ilə bağlı qayğılarını birlikdə aradan qaldıracağıq".

Xatırladaq ki, Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər martın 31-i keçiriləcək. Ə. İmamoğlu 2019-cu ilin martından sözügedən vəzifəni icra edir.


Etiketlər:  İmamoğlunun əsas rəqibi seçdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ