Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"ın ulduzundan möhtəşəm jest: Uşağın halına biganə qalmadı - VİDEO

Tarix: 7 Yanvar 2024 13:54

Kral Kubokunda "Arandina" ilə bütün oyunu (3:1) ehtiyat oyunçular skamyasında keçirən "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem maraqlı jest edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ingilis futbolçu meydanın kənarında üşüyən topdaşıyan oğlana biganə qalmayıb. Cud ona ədyalın təklif edib.

20 yaşlı futbolçu buna görə yerindən qalxmalı olub. Buna topdaşıyan uşağın yerini tərk etməyə icazə verilməməsidir.

Bu mövsüm Bellinqhem bütün yarışlarda 22 matçda 17 qol vurub və 5 məhsuldar ötürmə edib. O, 2023-cü ilin yayında Dortmund "Borussiya"sından "Real"a 103 milyon avroya transfer edilib.

Milli.Az


Etiketlər:  Realın ulduzundan möhtəşəm jest Uşağın halına biganə qalmadı VİDEO


RƏYLƏR