Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 23:08
İsveç Təhlükəsizlik Polisi qərar verib ki, terror təhlükəsi səviyyəsi 5 ballıq şkala ilə dördüncü səviyyədə qalmalıdır.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə departamentin press-relizində bildirilib.
Təhlükəsizliyin yüksək səviyyədə saxlanmasına səbəb kimi ölkədə və dünyada silahlı qrupların fəaliyyətinin güclənməsidir.
İsveç Təhlükəsizlik Polisinin rəhbəri Şarlotta fon Essen deyib ki, ciddi təhlükəsizlik vəziyyəti uzun müddət davam edəcək.
2023-cü ilin yayında İsveçdə Quranın yandırılması ilə bağlı nümayişlər keçirilib və bunlar müsəlman ölkələrinin əhalisi və hakimiyyət orqanlarının kəskin mənfi reaksiyasına səbəb olub.