Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya sakinlərinin üçdə ikisi kanslerin dəyişdirilməsini istəyir

Almaniya sakinlərinin üçdə ikisi kanslerin dəyişdirilməsini istəyir

Tarix: 8 Yanvar 2024 07:24

Almaniya sakinlərinin demək olar ki, üçdə ikisi Almaniya kansleri Olaf Şoltsun dəyişdirilməsini istəyir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə INSA institutunun Bild üçün apardığı araşdırmada göstərilib.

Qeyd olunub ki, sorğuda iştirak edənlərin əksəriyyəti hazırkı müdafiə naziri Boris Pistoriusu kansler vəzifəsində görmək istəyir.

Belə ki, Almaniya sakinlərinin 64,3%-i Şoltsun Pistoriusla əvəzlənməsinin tərəfdarıdır.

Bundan əvvəl "Civey" sosioloji institutunun sorğusuna əsasən məlum olub ki, Almaniya vətəndaşlarının yarıdan çoxu Olaf Şoltsun ​​rəhbərlik etdiyi "Svetofor" koalisiya hökumətinin 2024-cü ildə dağılacağına inanır.

Milli.Az


Etiketlər:  Almaniya sakinlərinin üçdə ikisi kanslerin dəyişdirilməsini istəyir


RƏYLƏR