Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran ABŞ və İsraildən bu cür qisas alacaq

İran ABŞ və İsraildən bu cür qisas alacaq

Tarix: 8 Yanvar 2024 09:04

İran hakimiyəti və dini dairələri 4 il əvvəl də general Qasım Süleymani öldürüləndə intiqam vədi vermişdi. Amma bu illər ərzində heç nə edə bilmədilər. Sadəcə ABŞ-ın İraqdakı boş hərbi bazasına raket zərbələri endirdilər.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu İranın "qırmızı bayraq" qaldırması ilə bağlı danışarkən deyib.

"Bu günlərdə də ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu sirrin üstünü açdı ki, o zaman İrandan müəyyən mesajlar alıblar. Mesajda bildirilib ki, "intiqam olaraq" sizin boş hərbi bazalarınızı vuracağıq. Bunun üstündən 4 il keçib, yenə də bomba partlayışı, itkilər və yenə də İran intiqam vədi edir. Düzdür, partlayışı İŞİD öz boynuna götürüb, amma ABŞ və İsrailin adı İranda sürəkli çəkilir. İranın ABŞ-a və İsrailə qarşı birbaşa hansısa əməliyyat keçirməsi istisna olunur. Ehtimal ki, İran özünün təsir dairəsindəki silahlı və terrorçu qruplar vasitəsilə ABŞ və İsrailin maraqlarına zərbə vurmağa çalışacaq. Amma bu gizli qalmayacaq, hamı biləcək ki, bunun arxasında İran dayanır", - Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Kirmandakı çoxsaylı insan tələfatına və yaralanmasına səbəb olan terror aktı ilə İrana bir mesaj da göndərilə bilər:

"Bu partlayış vasitəsi ilə İrana "Sən başqa ölkələrin daxili işlərinə qarışırsan, müxtəlif qrupları silahlandırırsan. Biz də sənin daxilini qarışdıra bilərik" mesajı verilə bilər.

Bu, əlbəttə ki, İranın ABŞ və İsraillə aralarındakı mövcud gərginliyi daha da artıracaq. Tehranın "proksi qruplar"dan istifadəsi isə İsrailin İranın Suriyadakı mövqelərinə zərbələri ilə nəticələnəcək. Hətta mümkündür ki, İranın daxilində hərbi obyektlərə də zərbə endirsin. Biz İranın nüvə alimlərinin qətlini də, İranın dərinliklərində hərbi obyektlərə dron hücumlarını da müşahidə etmişik. Yəni MOSSAD İran daxilində çox aktiv işləyir və İranın dolayısı "qisası" ilə bütün gücünü işə sala bilər".

Milli.Az


Etiketlər:  İran ABŞ İsraildən bu cür qisas alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ