Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 13:40
"Aygünün sonuncu pilləsi qalmışdı... Ya özünə, ya həyata vurmalı idi. O, son pilləsini həyata vurdu. Çətinliklərə baxmayaraq, səhnə durub, konsert verdi. Son missiyasını yerinə yetirdi. Nə qədər ki, Azərbaycan xalqı var, Aygün yaşayacaq".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı açıqlamasında deyib. Müğənni onunla bağlı xatirələrini bölüşüb:
"İlk dəfədir ki, bilmirəm nə danışım. Əslində gedən cism üçün yox, susan səs üçün pis oluruq. Aygün hər zaman qəlbimizdə yaşayacaq. Bizi bu dünyada xatırlayan ən son insan bu dünyadan köçəndə biz də unudulacağıq".