Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 14:42
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.
Sonxeber.net-ın TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır" - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 19,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.