Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülmək ürəyə faydalıdır - Sübut edildi

Gülmək ürəyə faydalıdır - Sübut edildi

Tarix: 8 Yanvar 2024 21:42

Braziliyada aparılan araşdırmada gülməyin ürəkdəki toxumanın genişlənməsinə səbəb olduğu və beləliklə də bədəndəki oksigeni artırdığı ortaya çıxıb.

Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, gülüş terapiyasına qatılan koronar arteriya xəstəliyi olan xəstələrdə iltihabın azaldığı və sağlamlıqlarına daha yaxşı təsir etdiyi aşkar edilib.

Avropa Kardiologiya Cəmiyyətinin Amsterdamda keçirilən iclasında təqdim olunan tədqiqatın aparıcı müəllifi Prof. Marko Saffi, "Araşdırmamız göstərir ki, gülüş terapiyası ürək-damar sisteminin funksional imkanlarını artırır. Onun iltihab, infarkt və insult riskini azaltdığı sübut edilmişdir. Ürək problemi riski olan xəstələrə tətbiq oluna bilər" deyə əlavə edib.

Britaniya Ürək Fondunun professoru. Ceyms Leiper isə gülüşün təsirinin nə qədər davam etdiyini araşdırmağı təklif edib.


Etiketlər:  Gülmək ürəyə faydalıdır Sübut edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ